Çin avtomobil ixracında Yaponiyanı geridə qoyub

Çin avtomobil ixracında Yaponiyanı geridə qoyub
Çin avtomobil ixracında Yaponiyanı geridə qoyub

Çin Baş Gömrük İdarəsindən verilən açıqlamada, 2023-cü ilin birinci rübündə ölkənin avtomobil ixrac həcminin bir əvvəlki ilin eyni dövrünə görə yüzdə 58,1 artaraq 1 milyon 70 minə çatdığı bildirilib.

2022-ci ildə avtomobil ixracına görə dünyada birinci olan Yaponiya, 2023-cü ilin birinci rübündə cəmi 954 min avtomobil ixrac edib.

Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) baş mühəndisinin müavini Xu Haidong bildirib ki, avtomobil ixracının sürətlə artması Çində istehsal olunan avtomobillərin rəqabət qabiliyyətinin yüksəlməsi deməkdir. Xu, sözügedən artımın Çin avtomobil şirkətlərinin məhsul keyfiyyəti, tədarük zəncirinin idarə edilməsi və xidmət baxımından yaxşı performans göstərdiyini göstərdiyini ifadə etdi.