Çinin Yeni Nəsil Atom Elektrik Stansiyası Elektrik İstehsalına Hazırdır

Çinin Yeni Nəsil Atom Elektrik Stansiyası Elektrik İstehsalına Hazırdır
Çinin Yeni Nəsil Atom Elektrik Stansiyası Elektrik İstehsalına Hazırdır

Çinin Milli Nüvə Korporasiyası (CNNC) Çinin üçüncü nəsil yerli nüvə enerjisi reaktoru olan Hualong 1 layihəsinin iki nümunə blokunun son qəbul sınaqlarını tamamladığını açıqlayıb. CNNC-nin açıqlamasında qeyd olunub ki, sözügedən iki aqreqat ölkənin cənub-şərqindəki Fujian əyalətinin mərkəzi Fuçjou şəhərindəki Fuqinq Atom Elektrik Stansiyasında yerləşir və sınaqların başa çatması Hualong 1 layihə son mərhələyə çatıb. Açıqlamada o da bildirilib ki, iki elektrik stansiyası ildə 20 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək.

Fuqing Atom Elektrik Stansiyasının baş meneceri Song Lin, "Hualong 1 nümunə layihəsi dünya üzrə üçüncü nəsil nüvə enerjisi nümunələri vahidləri arasında tikinti müddəti, iqtisadi səmərəlilik, əməliyyat təhlükəsizliyi və keyfiyyət baxımından ən yaxşı performans nümayiş etdirdi" dedi.