Çində yüklərin çatdırılma həcmində artım

Çində yüklərin çatdırılma həcmində artım
Çində yüklərin çatdırılma həcmində artım

15-21 may tarixləri arasında Çində qəbul edilən yüklərin sayı əvvəlki ayla müqayisədə 6,5 faiz artaraq 2 milyard 720 milyona, təslim edilən yüklərin miqdarı isə 2,6 faiz artaraq 2 milyard 686 milyona çatıb.

Çin Dövlət Şurasının Logistika Araşdırmaları Rəhbərlik Qrupu Ofisindən verilən məlumata görə, eyni günlərdə ölkədəki limanların mal emal gücü əvvəlki ayla müqayisədə 0,03 faiz artaraq 244 milyon 67 min tona çatıb. Ölkədəki limanların konteyner daşıma qabiliyyəti 2,45 faiz artaraq 5 milyon 651 min konteynerə çatıb.

Eyni dövrdə ölkə daxilində dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi əvvəlki ayla müqayisədə 0,32 faiz artaraq 74,55 milyon tona çatıb. Ölkədə avtomobil yollarından keçən yük maşınları yüzdə 0,59 azalaraq 53 milyon 273 min olub.

Eyni dövrdə Çində mülki uçuşların sayı əvvəlki aya görə yüzdə 0,01 artaraq 108 min 615-ə çatıb.