Çində logistika sənayesi sabit şəkildə inkişaf edir

Çində logistika sənayesi sabit şəkildə inkişaf edir
Çində logistika sənayesi sabit şəkildə inkişaf edir

Çin Logistika və Satınalma Federasiyasının (CFLP) açıqladığı statistik məlumatlara görə, ölkədə aprel ayında Logistika Performans İndeksi (LPI) yüzdə 53,8-ə çatıb və yüksəlişdə davam edib.

Aprel ayında dəmir yolu, avtomobil, hava, anbar və poçt xidmətlərinin performans indeksi 50 faizdən yuxarı olub. Dəniz nəqliyyatının azalması hesabına su nəqliyyatının fəaliyyət göstəricisi 49,2 faiz azalıb.

Digər tərəfdən, aprel ayında logistika sektorunda sifariş indeksi əvvəlki ayla müqayisədə 1,4 bənd azalaraq 52,3 faizə çatıb.

Mütəxəssislərin fikrincə, Çində logistika sənayesinin inkişafına nikbin baxılır, lakin sənayenin inkişafında disbalans və aşağı gəlir kimi problemlər hələ də öz həllini tapmayıb. Ağıllı texnologiyalardan istifadə, vergilərin azaldılması və kreditlərin verilməsi kimi sahələrdə logistika şirkətlərinə dəstək verilməlidir.