Çinin 4 Aylıq Xarici Ticarəti 13 Trilyon Yuan Həddini Ötüb

Çinin aylıq xarici ticarəti trilyon yuan həddini keçib
Çinin 4 Aylıq Xarici Ticarəti 13 Trilyon Yuan Həddini Ötüb

Çin Gömrük İdarəsinin açıqladığı rəsmi məlumatlara görə, Çinin ümumi idxal və ixracı 2023-cü ilin ilk dörd ayında illik 5,8 faiz artaraq 13,32 trilyon yuana çatıb. İlk dörd ayda ixrac 10.6 faiz, idxal isə illik 0.02 faiz artıb. Aprel ayında xarici ticarət illik bazda 8,9 faiz artıb. Baş Gömrük İdarəsinin məlumatına görə, dollar ifadəsində, sözügedən dövrdə ümumi xarici ticarət illik müqayisədə 1,9 faiz azalaraq 1,94 trilyon dollar olub.

İlin birinci rübündə Çinin xarici ticarət həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artaraq 9 trilyon 890 milyard yuana çatıb. Birinci rübdə Çinin ümumi ixrac həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 8,4 artaraq 5 trilyon 650 milyard yuana yüksəldi; İdxalın həcmi 0,2 faiz artaraq 4 trilyon 240 milyard yuana çatıb.