Çinin Marsdakı Roveri suyun olduğuna dair dəlil tapıb

Çinin Marsdakı Roveri suyun olduğuna dair dəlil tapıb
Çinin Marsdakı Roveri suyun olduğuna dair dəlil tapıb

“Science Advances” jurnalının bu həftəki buraxılışında dərc olunan yeni araşdırmaya görə, Çinin Mars aparatı fundamental müşahidələrə əsaslanaraq, aşağı enliklərdə planetin ən isti bölgələrində maye suyun olduğuna dair sübutlar tapıb.

Əvvəlki tədqiqatlar böyük miqdarda maye suyun olduğunu sübut etdi, lakin iqlim dəyişiklikləri çox aşağı təzyiqə səbəb olur və bu, maye suyun hazırda planetdə daimi olmasını çətinləşdirir. Alimlər bu bölgələrdə suyun yalnız bərk və ya qaz halında ola biləcəyini düşünürdülər.

NASA-nın Mars aparatının robot qolunda əvvəllər müşahidə edilən damcılar, yayda Marsda yüksək enliklərdə duzlu maye suyun görünə biləcəyini sübut etdi. Rəqəmsal simulyasiyalar da Marsda müəyyən iqlim şəraitinin maye suyun qısa müddət ərzində görünməsinə səbəb ola biləcəyi fikrini dəstəklədi. Bununla belə, səth temperaturunun yüksək olduğu aşağı enliklərdə maye suyun mövcud ola biləcəyinə dair heç bir sübut yox idi. Zhurongun tapıntıları bu boşluğu doldurur.

Çinin "Tianven-1" Marsın kəşfiyyat missiyasının bir hissəsi olaraq Zhurong Marsın şimal yarımkürəsindən məlumat göndərməyə davam edir. 15 may 2021-ci ildə geniş Utopia Planitia düzənliyinə enən vasitə təxminən 2 kilometr yol qət etdi və yer üzünə bir sıra məlumatlar göndərdi. Çin Elmlər Akademiyasının 20-dən çox tədqiqatçısı kameralar və detektorlarla göndərilən məlumatları tədqiq etməyə davam edir. Tədqiq olunan təpələrin mineraloji quruluşu ətraflı təhlil edilmişdir. Tədqiqatçılar Zhurongun tapdığı dünlərin 400 ilə 1,4 milyon il əvvəl yarandığını müəyyən ediblər.
Mənbə: Çin Beynəlxalq Radio