İstanbul Valiliyi Taksimə gedən bütün metro stansiyalarını bağlayıb

İstanbul Valiliyi Taksimə gedən bütün metro stansiyalarını bağlayıb
İstanbul Valiliyi Taksimə gedən bütün metro stansiyalarını bağlayıb

İstanbul Metrosu, valiliyin qərarı ilə Taksimə çata bilən bütün relsli sistem xətlərinin fəaliyyətinin dayandırıldığını açıqladı.

İstanbul Valiliyinin qərarı ilə Taksim meydanında 1 May bayramının keçirilməsinin qarşısını almaq üçün İstanbulda bəzi metro stansiyaları bağlanıb. Osmanbey, Taksim və Şişhane metro dayanacaqlarından səhər saatlarından istifadə etmək mümkün deyil.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) törəmə qurumu olan Metro İstanbulun sosial media hesabında bu açıqlama verilib: “İstanbul Qubernatorluğu tərəfindən alınan qərara əsasən, 1 May Bazar ertəsi günü M2 Yenikapı-Hacıosman Metro Xəttimizin Şişhane , Taksim və Osmanbey stansiyaları və F1 Taksim-Kabataş Funikulyor xəttimiz istismara bağlanacaq. Maşınlarımız Şişhane, Taksim və Osmanbəy stansiyalarında dayanmayacaq”.