Çində havanın keyfiyyəti yaxşılaşmağa davam edir

Çində havanın keyfiyyəti yaxşılaşmağa davam edir
Çində havanın keyfiyyəti yaxşılaşmağa davam edir

Çin Meteorologiya İdarəsi (CMA) tərəfindən bu gün yayımlanan 2022 Atmosfer Mühiti və Meteorologiya Bülleteninə əsasən, Çində hava keyfiyyəti 2022-ci ildə yaxşılaşmağa davam edib.

2022-ci ildə Çində havanın çirkli olduğu günlərin sayı 2021-ci illə müqayisədə 2.2 gün azalaraq 19,1 günə çatıb.

2022-ci ildə Çində baş verən qum fırtınalarının sayı 2021-ci illə müqayisədə 3 dəfə azalaraq 10 dəfə qeydə alınıb.

Eyni dövrdə Çində havanın çirklənməsini göstərən PM 2,5 dəyəri 2021-ci ilə nisbətən 3,3 faiz azalıb.