May ayında Çinin valyuta ehtiyatları 3 trilyon 177 milyard dollara çatıb

May ayında Çinin valyuta ehtiyatları trilyon milyard dollara çatıb
May ayında Çinin valyuta ehtiyatları 3 trilyon 177 milyard dollara çatıb

Çin Dövlət Valyuta İdarəsinin açıqladığı məlumatlara görə, ölkənin valyuta ehtiyatları may ayının sonunda bir əvvəlki aya görə yüzdə 0,88 azalaraq 3 trilyon 177 milyard dollara çatıb. Çinin Dövlət Valyuta İdarəsi valyuta ehtiyatlarının azalmasının valyuta məzənnəsinin konvertasiyası və aktivlərin qiymətlərindəki dəyişikliklərin birgə təsiri ilə bağlı olduğunu qeyd edib.

Məlumatlar göstərdi ki, ABŞ dolları indeksi may ayında gücləndi, qlobal maliyyə aktivlərinin qiymətləri isə qarışıq olaraq qaldı. Çinin Dövlət Valyuta İdarəsi Çin iqtisadiyyatının yaxşılaşmağa davam etdiyini, bu da ölkənin valyuta ehtiyatlarının həcmini və əsas sabitliyi qorumağa kömək etdiyini bildirdi.