Pekin və London arasında birbaşa uçuşlar başladı

Pekin və London arasında birbaşa uçuşlar başladı
Pekin və London arasında birbaşa uçuşlar başladı

Pekin Beynəlxalq Daxing Hava Limanının əsas istifadəçilərindən biri olan China Southern Airlines, 7 iyun Çərşənbə günü tarixindən etibarən Böyük Britaniyanın paytaxtı Londona yeni birbaşa uçuş xidmətinə başladı. CZ673 kodu ilə uçuş həyata keçirən təyyarə çərşənbə günü, iyunun 7-də Daxing hava limanından 200-dən çox sərnişinlə havaya qalxaraq Londona uçdu. Bu uçuş China Southern Airlines-ın adı çəkilən hava limanından qalxan doqquzuncu beynəlxalq və regional xəttinin istifadəyə verilməsini qeyd edir.

Bu yeni hava yolu xidməti Airbus A350 təyyarələri ilə həyata keçirilir və Pekinin Daxing beynəlxalq hava limanı ilə Londonun Hitrou hava limanı arasında həftədə yeddi dəfə fəaliyyət göstərəcək.

Hazırda 16 aviaşirkət şirkəti Daxing hava limanından dünyanın digər 22 hava limanına beynəlxalq və regional əlaqələri həyata keçirir. İstiqamətlərə London, Seul, Tokio və Maldiv adaları kimi məşhur və turistik yerlər daxildir. Pekinin Daxing beynəlxalq hava limanı Pekinin yeni hava limanı kimi 25 sentyabr 2019-cu ildə istifadəyə verilmişdir. Daxing rəhbərləri bildirirlər ki, hava limanı gələcəkdə daha çox hava yolu xətti yaratmağı planlaşdırır.