Çin kinosu 2025-ci ilə qədər dünyanın ən böyük kinosu olacaq

Çin kinosu dünyanın ən böyük kinosu olacaq
Çin kinosu 2025-ci ilə qədər dünyanın ən böyük kinosu olacaq

Qlobal audit və konsaltinq şirkəti PwC “Qlobal Əyləncə və Media Görünüşü 2023-2027” hesabatında sənayenin gələcəyini araşdırıb. Hesabatda, COVID-19 epidemiyasının izlərini silən Çində kino sənayesinin ötən il başlayan bərpasını davam etdirəcəyi və 2025-ci ildə dünyanın ən böyük bazarına çevriləcəyi bildirilir. Hesabatda Çində kino kassa gəlirinin 2027-ci ildə 13,2 milyard dollara çatacağı və qlobal bazarın yüzdə 27-ni təşkil edəcəyi də bildirilir.

Çinin əyləncə və media sənayesinin ümumi gəlirinin 2027-ci ildə 479,9 milyard dollara çatacağını təxmin edən hesabatda illik mürəkkəb artım tempinin 6,1 faiz olacağı proqnozlaşdırılır ki, bu da qlobal 3,5 faizdən yuxarıdır. Bundan əlavə, 2027-ci ilə qədər Çində internet reklam bazarı 9 faiz mürəkkəb illik artım tempi ilə 146,4 milyard dollara çatacaq. Çinin bu gün dünyanın ən böyük video oyunlar və elektron idman bazarı olduğunu qeyd edən PwC analitikləri bu sahədəki gəlirin 115,5 milyard dollara çatacağını gözləyirlər.