
Mərakeş Milli Geofizika İnstitutu ölkədə 7 bal gücündə zəlzələ olduğunu açıqlayıb. İnstitut 8 kilometr dərinlikdə baş verən zəlzələnin episentrinin ölkənin şimalındakı Mərakeşin Əl-Huz bölgəsi olduğunu açıqlayıb.
Mərakeş Daxili İşlər Nazirliyindən verilən açıqlamada ölkənin bir çox şəhərində hiss edilən zəlzələdə ilkin məlumatlara görə 632 nəfərin öldüyü, 329 nəfərin yaralandığı bildirilib.
“Ölkə tarixində ötən əsrin ən böyük zəlzələsi”
Mərakeş Milli Geofizika İnstitutu, Mərakeşdə baş verən 7 bal gücündə zəlzələnin ötən əsrdə ölkə tarixində ən böyük zəlzələ olduğunu açıqlayıb.
Bildirilib ki, ölənlərin baş verdiyi şəhərlər arasında Marrakech, Azilal, Agadir, Varzazat və Chichaoua da var.
Açıqlamada, zəlzələnin vurduğu ziyanı aşkar etmək və ehtiyacı olanlara lazımi yardımı çatdırmaq üçün yerli qurumların, polis qüvvələrinin və mülki müdafiə qruplarının bütün imkanlarını səfərbər etdiyi vurğulanıb, vətəndaşları təlaşa düşməməyə, sakit olmağa çağırılıb. .
Mərakeşdə xilasetmə qrupları dağılmış binaların dağıntıları altında qalanları xilas etməyə çalışır. Bu arada, zəlzələdən sonra yolların bağlanması və zədələnməsi səbəbindən qrupların zəlzələ bölgələrinə çatmaqda çətinlik çəkdiyi öyrənilib.
📩 09/09/2023 10:08