Dünyanın ən böyük kruiz gəmisi "Dənizlərin İkonu" yola çıxdı

Dünyanın ən böyük kruiz gəmisi "İcon of the Seas" ilk səyahətinə ABŞ-ın Florida ştatındakı Mayami limanından başlayıb.

BBC xəbərlərinə görə, Royal Caribbean kruiz şirkətinə aid 365 metr uzunluğunda və təxminən 250 min ton ağırlığında olan gəmi Mayamidən 7 günlük Karib turuna çıxıb.

Finlandiyanın Turku şəhərindəki gəmiqayırma zavodunda 2 milyard dollara inşa edilən dünyanın ən böyük kruiz gəmisi 7 sərnişin daşıma qabiliyyətinə malikdir.

Digər tərəfdən, ekoloqlar, mayeləşdirilmiş təbii qazla (LNG) işləyən dünyanın ən böyük gəmisinin havaya zərərli metan qazı sızacağı ilə bağlı xəbərdarlıq edirlər.

Royal Caribbean gəminin Beynəlxalq Dəniz Təşkilatının müasir gəmilər üçün nəzərdə tutduğundan 24 faiz daha çox enerjiyə qənaət etdiyini bildirdi.