Kosmik Alimlər üçün Maraqlı Kəşf!

Çin Elmlər Akademiyasının Fizika İnstitutunun mütəxəssisləri “Çanqe-5” missiyasının gətirdiyi Ay torpağında müxtəlif şüşə materialları aşkar edib və onlar üzərində sistemli araşdırmalar aparıblar. Tədqiqatçılar skan edən və ötürücü elektron mikroskoplardan istifadə edərək, Ay reqolitindən əldə edilən toz nümunələrində tapılan şüşə maddələrin morfologiyasını, tərkibini və mikrostrukturunu hərtərəfli təhlil ediblər.

National Science Review jurnalında dərc olunan məqalədə müxtəlif fiziki mənşəli müxtəlif şüşə materialların (maye söndürmə, buxar çökmə və şüalanma zərəri) olduğu və bu məzmunların təhlil edilərək kataloq halına salındığı bildirilir. Tədqiqatçılar həmçinin ilk dəfə olaraq Ay səthində təbii şəkildə meydana gələn şüşə lifləri tapdılar; Bu onu göstərir ki, Ay torpağından şüşə tikinti materiallarının emalı və istehsalı üçün istifadə oluna bilmə ehtimalı var.

Chang'e-5 17 dekabr 2020-ci ildə tədqiqini tamamladı və Ay səthindən qaya və torpaq da daxil olmaqla cəmi 1.731 qram nümunə gətirərək yerə qayıtdı.