İpək Yolu Dəniz Nəqliyyat Marşrutunda 14 Min Gəmi

Çinin cənubundakı Fujian əyalətinin sahil şəhəri Xiamendən yola düşən və “İpək Yolu Dəniz Nəqliyyatı” adlı beynəlxalq dəniz nəqliyyatı marşrutundan faydalanan gəmilərin sayının 14 mini keçdiyi açıqlanıb. Bu marşrut bu gün xarici istifadəçilərin tez-tez üstünlük verdiyi dəniz nəqliyyatı marşrutu kimi seçilir.

Xiamen Gömrük İdarəsinin verdiyi məlumata görə, 2018-ci ilin dekabr ayında istifadəyə verilən “İpək Yolu Dəniz Nəqliyyatı” marşrutundan istifadə edən gəmilərin sayı 14 min 101-ə çatıb. Bu marşrutla daşınan yüklərin həcmi 16 milyon konteynerə çatdığı halda, “Kəmər və Yol” marşrutu üzrə 37 ölkənin 106 dəniz limanına yüklər daşınıb.