Konyada hərbi təlim təyyarəsi qəzaya uğradı!

Konyada "Türk Ulduzları"na məxsus təlim təyyarəsi tikinti sahəsinə çırpılıb. Qəzadan əvvəl pilot paraşütlə qaçıb. Təyyarənin qəzaya uğradığı ərazidə uçuş-enmə zolağında təmir işləri aparan hərbçilərdən biri şəhid olub.

Milli Müdafiə Nazirliyi Konyada təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrinə məxsus NF-5 təyyarəsinin saat 12.51-də naməlum səbəbdən qəzaya uğradığını bildirib.

Nazirlikdən verilən açıqlamada, “Qəzaya uğrayan təyyarəmizin pilotu tullanaraq sağ qalıb və xəstəxanaya göndərilib. Təyyarənin qəzaya uğradığı ərazidə uçuş-enmə zolağında təmir işləri aparan əməkdaşlarımızdan biri şəhid olub. “Məsələ ilə bağlı zəruri araşdırmalara başlanılıb”. deyildi.