Mərkəzin ehtiyatları azaldı

Mərkəzi Bankın həftəlik pul və bank statistikası açıqlanıb.

Müvafiq olaraq, 1 mart tarixinə Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 1 milyard 968 milyon dollar azalaraq 80 milyard 511 milyon dollar olub. Ümumi valyuta ehtiyatları fevralın 23-də 82 milyard 479 milyon dollar səviyyəsində olub.

Bu dövrdə qızıl ehtiyatları 1 milyard 137 milyon dollar artaraq 49 milyard 271 milyon dollardan 50 milyard 408 milyon dollara yüksəlib.

Mərkəzi Bankın cəmi ehtiyatları 1 Mart həftəsində bir əvvəlki həftə ilə müqayisədə 831 milyon dollar azalaraq 131 milyard 750 milyon dollardan 130 milyard 919 milyon dollara geriləyib.

Bankın dərc etdiyi statistik məlumatlara daxil olmaq üçün vurun