'Uşaq Sammiti' İlk Dəfə Keçiriləcək

Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən “Gələcəyin Dünyasında Uşaq və Uşaqlıq” mövzusu ilə keçiriləcək sammitə uşaq və gənclərlə yanaşı, bir çox siyasətçi, alim və ekspert qatılacaq.

Nazirliyin rəsmi saytında yer alan xəbərə görə, sammit müxtəlif sessiyalarda gələcək uşaq siyasətinin yaradılmasına zəmin yaradacaq.

Ekspertlərin moderatorluğu ilə panellər təşkil olunacaq. Sammitin nəticələri hesabat şəklində hazırlanaraq ictimaiyyətlə paylaşılacaq.

İlk dəfə keçiriləcək Uşaq Sammitinin ənənəvi proqrama çevrilməsi hədəflənib.