Jandarma qrupları Havsa rayonunun Köseömer kəndində xaricə qaçmağa cəhd edən müxtəlif millətlərdən olan ümumilikdə 13 qeyri-qanuni mühacir və 1 təşkilatçını yaxalayıb. Mühacir qaçaqmalçılığında istifadə edilən bir avtomobil də ələ keçirilib.
Tutulan immiqrantlar Ədirnə İl Köç İdarəsinə təhvil verilib və geri qaytarma prosedurlarına başlanılıb.