Mahsun Kırmızıgül Azərbaycanda konsert verəcək

Bu günə kimi dünyanın bir çox ölkəsində konsertlər verən Kırmızıgül türk kinosunun şah əsərlərindən sayılan filmlərə prodüserlik edərkən verdiyi konsertlərdə pərəstişkarları ilə bir araya gəlir. Xüsusilə İstanbul və Ankarada konsert marafonunu ara vermədən davam etdirən məşhur müğənni Mahsun Kırmızıgül bu dəfə İzmir olub. İzmirli pərəstişkarlarına möhtəşəm musiqi ziyafəti verən Kırmızıgül mayın 17 və 18-də Azərbaycanın paytaxtı Bakıda verəcəyi konsertləri səhnədən açıqlayıb. Sənətçi azərbaycanlılar üçün “I Love” mahnısını da ifa edib. Konsertdən bir hissədə tamaşaçılar arasında mahnılarını səsləndirən Kırmızıgül İzmirli xanım pərəstişkarı ilə 'Annem Annem' mahnısını ifa edib. Emosional anlar yaşanan konsertdə sənətçi iki saata yaxın sevilən mahnılarını səsləndirib.