Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xətti bu gün açılır

Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xətti bu gün açılır: Qazaxıstan Prezidenti Nursultan Nazarbayev rəsmi səfər etmək üçün Türkmənistana gəldi. Nazarbayev Orta Asiyanı Fars körfəzinə birləşdirən dəmir yolu xəttinin açılış mərasimində iştirak edəcək. Bu gün səhər Aşqabada gələn Nazarbayevi Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Oğuzhan Köşkündə rəsmi mərasimlə qarşıladı.
Qazaxıstan-Türkmənistan-İran beynəlxalq dəmir yolu xətti bu gün bir mərasimlə açılacaqdır. Açılışla dəmir yolunun Türkmənistan-İran hissəsi istifadəyə veriləcək. Nəhəng layihənin Qazaxıstan-Türkmənistan hissəsi keçən ilin may ayında açıldı. Dəmir yolunun açılması ilə Avropaya, Orta və Cənubi Asiyaya, Yaxın Şərqə doğru yük daşımalarında ucuz və sürətli nəqliyyat dəhlizi meydana gələcək.
Qazaxıstan, İran və Türkmənistan arasında 2007-ci ildə imzalanan müqavilə ilə dəmir yolu xəttində hər il 3-5 milyon ton yük daşınması hədəflənir. Növbəti dövrdə daşınan yük miqdarının 10-12 milyon tona qədər artacağı gözlənilir.
Dəmiryol xəttinin 82 kilometrliyi İran, 700 kilometr Türkmənistan, 120 kilometr Qazaxıstan sərhədləri boyunca keçir.

 

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*