Çavuşoğlu NATO toplantısında isveçli həmkarına qışqırdı

Çavuşoğlu NATO Toplantısında İsveçin mövqeyini səsləndirib
Çavuşoğlu NATO toplantısında isveçli həmkarına qışqırdı

Xarici işlər naziri Mövlud Çavuşoğlunun Berlində keçirilən NATO sammitində isveçli həmkarı Ann Lindeyə qarşı səsini ucaltdığı və onun "feminist siyasətindən" narahat olduğunu dediyi iddia edilib.

Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərinə Türkiyənin etirazları davam edərkən, həftə sonu keçirilən NATO sammitində xarici işlər naziri Mövlud Çavuşoğlunun İsveç xarici işlər naziri Ann Lindeyə qarşı səsini ucaltdığı iddia edilib.

Berlindəki görüşdə Çavuşoğlu Türkiyənin üzvlük təkliflərini qəbul etməsi üçün şərtlər irəli sürməklə yanaşı, isveçli həmkarı Ann Lindeyə qarşı da “səsini ucaltdı”. Üç NATO diplomatı bu anları "rüsvayçılıq" adlandırıb.

Berlindəki Almaniya Xarici İşlər Nazirliyindəki gərgin atmosferi izah edən başqa bir NATO diplomatı, “Bizim üçün tarixi bir an idi və Çavuşoğlu Lindenin “feminist siyasətindən” narahat olduğunu və bunun çoxlu dram gətirdiyini söylədi” dedi. Bu arada diplomatlar vəziyyəti sakitləşdirmək üçün susmağa üstünlük veriblər.

Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən diplomat “Türk həmkarımızın nə istədiyini, yəni əslində nə istədiyini anlamağa çalışırdıq. Bu, utancverici idi” dedi.

necə 1

  1. Bu xəbəri yazan jurnalist üçün utancvericidir.

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*