Dünyanın ilk uçan göydələni ABŞ-da tikiləcək

Dünyanın ilk uçan göydələni ABŞ-da tikiləcək
Dünyanın ilk uçan göydələni ABŞ-da tikiləcək

ABŞ-da yerləşən bir memarlıq şirkəti "dünyanın ilk uçan göydələninin" tikintisi üçün işə başlayıb. Texnologiyanın inkişafı ilə bu gün bir çox fərqli göydələn dizaynları görürük. ABŞ-da yerləşən Clouds Architecture Office memarlıq firması göydələn tikintisində çıtayı ən yüksək səviyyəyə qaldıracaq layihə üzərində işləyir.

Clouds Architecture adlı təşəbbüslə layihələndirilən göydələnlərin Yer səthindən 50 min kilometr yüksəklikdə bir asteroidə birləşdirilərək asılması hədəflənir.

Uçan göydələn

Bu, ən hündür bina olacaq

Bu o deməkdir ki, innovativ göydələn həm də indiyə qədər ən hündür bina olacaq. Kifayət qədər iddialı olan və Analemma Tower adlanan göydələndə lüks mənzillər, ofislər, bağlar və mağazalar yer alacaq. Digər tərəfdən, bu göydələn asteroidə ilişdiyi üçün hər gün Yer kürəsini dövrə vuracaq.

Nyu York və Dubay kimi dünyanın aparıcı şəhərlərində fasilə verəcək binaya çatmaq üçün insanlar şəxsi helikopterlərdən istifadə etməli olacaqlar.

Memarlıq firması bu futuristik dizayn üzərində ilk dəfə 2018-ci ildə işə başlasa da, tikinti üçün tələb olunan texnologiyalar hələ də tətbiq olunmayıb.

Binanın tikintisi üçün alimlər ilk növbədə Yer yaxınlığındakı göy cisimlərini tutmalı və onları əvvəlcədən müəyyən edilmiş orbitdə yerləşdirməlidirlər.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*