Yaddaşı Gücləndirən Beyin Dostu Qidalar!

Yaddaşı Gücləndirən Beyin Dostu Qidalar
Yaddaşı Gücləndirən Beyin Dostu Qidalar!

Bir çox insanın tez-tez qarşılaşdığı unutqanlıq problemi müəyyən qidaları qəbul etməklə aradan qaldırıla bilər.Bəs bunlar hansı qidalardır?
Mütəxəssis Dietoloq Mazlum Tan mövzu ilə bağlı məlumat verdi.

Omega 3 (Balıq): Omeqa 3 beyin funksiyalarında mühüm yer tutur.Beyin funksiyalarının daha səmərəli işləməsinə fayda verir.Somon xüsusilə Omeqa 3 ilə zəngindir.Bununla yanaşı skumbriya,hamsi,sardina,siyənək,qoz,portulak və kətan toxumu.

Qaragilə:Beyni sərbəst radikalların zədələnməsindən qorumaqda rol oynayır.Tərkibindəki antosiyanin adlı güclü antioksidant maddə sayəsində Alzheimer və demensiyaya qarşı faydalıdır.

Tünd şokolad: Beyin reseptorlarını aktivləşdirmək üçün endorfin ifrazını artırır.Yüksək kakao tərkibli bir neçə acı kvadratda güclü antioksidantlar var, təbii stimulantları sayəsində diqqəti və konsentrasiyanı artırır.

Yumurta: A, B, B12 və D vitaminləri ilə zəngindir. Bu yolla yaddaşı gücləndirməyə kömək edir.

Fındıq və toxum:Əhval-ruhiyyəyə müsbət təsir göstərirlər. Balqabaq və günəbaxan tumları koqnitiv funksiyaları artırır.Yuxusuzluq və yüngül depressiya hallarında rahatlamağa kömək edir.

Qırmızı kələm: Beyində hüceyrə zədələnməsini azaltmaq və uzunmüddətli yaddaşı stimullaşdırmaq üçün əsas polifenolları (fisetin) ehtiva edir, bu Alzheimer xəstəliyinin qarşısının alınması və müalicəsində faydalıdır.Bir seçim qırmızı soğandadır.

İspanaq:E vitamini ilə zəngin olan ispanaqda B qrupu vitaminləri və fol turşusu var.Yaddaşı gücləndirir.

Şərh yazan ilk kişi olun

Bir cavab buraxın

E-poçt ünvanından dərc olunmayacaq.


*