"Tianzhou-6" kosmik yük maşını may ayında kosmosa göndəriləcək

Tianzhou Kosmik Yük Vasitəsi May ayında Kosmosa göndəriləcək
"Tianzhou-6" kosmik yük maşını may ayında kosmosa göndəriləcək

“Tianzhou-6” kosmik yük maşınının may ayında kosmosa göndəriləcəyi bildirilir. Çin İnsanlı Kosmik Agentliyindən (CMSA) verilən açıqlamada, "Tianzhou-6" kosmik yük maşınının lazımi araşdırmalar tamamlandıqdan sonra dünən ölkənin cənubundakı Hainan əyalətindəki Wenchang Kosmik Fırlatma Mərkəzinə daşındığı qeyd edilib.

Tianzhou-6 yük maşını kosmik stansiyada olan taikonavtlara skafandrlar və digər ləvazimatları, eləcə də texniki xidmət komponentlərini, tətbiq avadanlığını və kosmik stansiyaya yanacaq çatdıracaq.

Kosmik stansiyada olan Shenzhou-15 ekipajının səhhəti yaxşıdır və iyunda Yerə qayıdacaqlar. Növbəti iki insanlı kosmos missiyası üçün taikonavtların seçildiyi və hazırda təlimlərdə olduğu bildirilib.

Çin Tianzhou-6 ilə yanaşı, bu il Shenzhou-16 və Shenzhou-17 adlı insanlı kosmik missiyaları işə salmağı planlaşdırır.