Çində külək enerjisinə investisiya qoyuluşu 24,9 milyard yuana çatıb

Çində külək enerjisinə investisiya qoyuluşu milyard yuana çatıb
Çində külək enerjisinə investisiya qoyuluşu 24,9 milyard yuana çatıb

Çinin Milli Enerji Administrasiyasının məlumatına görə, bu ilin birinci rübündə Çində külək enerjisi şəbəkəsinə yeni qoşulan elektrik enerjisi gücü 10 milyon 400 min kVt-a çatıb. Bərpa olunan enerjinin inkişafına ölkə daxilində irimiqyaslı külək və fotoelektrik elektrik stansiyalarının, su elektrik layihələrinin və nasoslu anbar layihələrinin tikintisinin sürətləndirilməsi ilə nail olunub.

Bu dövrdə külək enerjisindən orta istifadə nisbəti 96,8 faiz civarında olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki, eyni səviyyədə qalıb. Bundan əlavə, külək enerjisinə qoyulan investisiyalar 15 faiz artaraq 24,9 milyard yuana çatıb.

Yanvar-mart dövründə Çində yeni artan bərpa olunan enerji quraşdırılmış elektrik enerjisi illik 86,5 faiz artaraq 47 milyon 400 min kilovat-a çatıb və ölkə üzrə yeni artan ümumi quraşdırılmış enerjinin 80,3 faizini təşkil edib.