Türk Hava Yollarının Zhengzhou İstanbul Yük Uçuşları Başladı

Türk Hava Yollarının Zhengzhou İstanbul Yük Uçuşları Başladı
Türk Hava Yollarının Zhengzhou İstanbul Yük Uçuşları Başladı

Çinin Henan Hava Limanları Qrupunun verdiyi məlumata görə, Türk Hava Yollarının Zhengzhou-İstanbul yük reysləri bu gündən rəsmi olaraq başlayıb.

Yeni açılan yük uçuşlarının həftədə üç dəfə A330-200F tipli təyyarələrlə həyata keçirilməsi planlaşdırılır.

Sözügedən yük xəttinin təkcə Çin və Türkiyə arasında iqtisadi və ticarət mübadiləsini gücləndirməsi deyil, həm də Zhengzhou şəhərinin yerləşdiyi Henan əyaləti ilə “Kəmər və Yol” marşrutu boyunca yerləşən ölkələr və bölgələr arasında iqtisadi əlaqələri artırması gözlənilir.