Şəkərli diabet sinir sisteminin zədələnməsinə səbəb olur

Şəkərli diabet sinir sisteminin zədələnməsinə səbəb olur
Şəkərli diabet sinir sisteminin zədələnməsinə səbəb olur

Neyrocərrahiyyə Mütəxəssisi Op.Dr. Kerem Bıkmaz mövzu ilə bağlı məlumat verdi. Yüksək şəkər yalnız qan şəkərinin artmasından ibarət bir vəziyyət kimi görünmür, bilirik ki, qanda qlükozanın artıq olması sinir sistemi, göz və böyrəklər başda olmaqla bədəndəki damar strukturlarının zədələnməsinə səbəb olur. Şəkərli diabetin sinir sisteminə zərər verməsinin qarşısını necə almaq olar, müalicəsi nədir?

Şəkərli diabetdə həm sinir sistemini qidalandıran damarlara, həm də sinir hüceyrələrinə birbaşa təsir edərək zərər verir.
Ayaqlarda diabetin səbəb olduğu şərtlər:

1. Diabetik polineyropatiya (şəkərli diabet səbəbiylə periferik sinirlərin məhv olması) sinir sisteminin zədələnməsinin ən çox yayılmış növüdür.
2. Ayaqlarda karıncalanma
3. Ağrı və uyuşma
4. Gecələr artan yanma, soyuqluq hissi.
5. Ayaqlarda kalluslar əmələ gəlir.
6. Yumşaq toxumalarda yaraların inkişafı

Əllərdə diabetin səbəb olduğu şərtlər:

1- Sinir sıxılması
2- İlk 3 barmaqda uyuşma
3- Çiyinlərə qədər yayılan yanma hissi

Şəkərli diabetin sinir sisteminə zərər verməsinin qarşısını necə almaq olar, müalicəsi nədir?

Artan qan şəkərini artırdığınız insulinlə tarazlaşdırmağa çalışmaq düzgün deyil.Burada məqsəd şəkərinizi artırmayacaq bir qidalanma sistemi tətbiq etmək və lazım olan dozada insulin istifadə etməkdir.

Burada qan şəkərinə ciddi nəzarət (pəhriz-dərman və insulin terapiyası-məşq və s.) ən vacib amildir.

Hiss itkisi səbəbindən ayaqlar travma və zədələnmələrə qarşı daha həssas olur. Ayaq baxımı çox ciddi şəkildə aparılmalıdır.

Xəstəlik ortaya çıxdıqdan sonra ağrı və yanma şikayətlərini azaltmaq üçün müalicələrdən istifadə edilə bilər.

Əllərdə sinir sıxılmasının müxtəlif müalicə üsulları var. Xüsusilə gecə saatlarında əli splint etmək, hərəkətləri məhdudlaşdırmaq şikayətlərə yaxşı gəlir.