Siqaret, kola və çay dişlərin saralmasına səbəb olur

Siqaret kola və çay dişlərin saralmasına səbəb olur
Siqaret, kola və çay dişlərin saralmasına səbəb olur

Bu gün bir çox insan dişlərinin sararmasından şikayətlənsə də, mütəxəssislər bu problemin nizamsız və qeyri-sağlam qidalanmadan qaynaqlandığını bildirirlər. Saralmanın qarşısını almaq istəyənlər çarəni dişlərin ağardılması müalicəsində tapırlar.

Bu gün gözəlliklə bağlı şəxsi gözləntiləri qarşılamaq üçün sağlam dişlərə və gözəl gülüşə sahib olmaq çox vacib olsa da, dişlərin saralması buna mane olan problemlərdən biridir. İngilis və Hindistan alimlərinin Science Direct tərəfindən nəşr olunan və 50 iştirakçı ilə apardığı araşdırmada, diş rənginin insanların yaşlı və ya gənc görünməsində böyük payı olduğu bildirilir. Tədqiqat çərçivəsində iştirakçıların dişləri qaraldıqda digər insanlar tərəfindən yaşlı, ağardılanda isə gənc kimi təsvir edildiyi qeyd edilir.

Saralma probleminin həll yollarını izah edən Dent Official şirkətinin təsisçilərindən biri Dt. Fırat Toktamışoğlu, “Bəzi insanların dişlərinin doğuşdan daha çox sarı olduğu məlumdur. Bu, genetik olaraq ötürülən və dişlərin rənginə birbaşa təsir edən melatonin və digər piqmentlərin səviyyəsi ilə bağlıdır. Pəhrizin dişlərin saralmasında əhəmiyyətli payı olduğu halda, siqaret, çay, qəhvə, kola və digər rəngli içkilərin qəbulu dişlərin saralmasını sürətləndirir. Ağ dişlərə sahib olmaq üçün ən ideal həll dişlərin ağardılması üsuludur.

"Sarı dişlər özünə inamı aşağı salır"

Dent Official-ın təsisçilərindən biri, Dt. Fırat Toktamışoğlu dişlərin ağardılması ilə bağlı bu məlumatları paylaşıb: “Dişlərin ağardılması prosesində diş səthindəki ləkələr çıxarılır və müxtəlif üsullarla edilə bilər. Diş həkimi dişlərə xüsusi ağardıcı gellər tətbiq edir. Daha sonra gellər xüsusi olaraq hazırlanmış işıq və ya lazerlə aktivləşdirilir. Prosedurun müddəti adətən 1-2 saat ilə məhdudlaşır. Nəticəni dərhal görmək mümkündür. Bu səbəbdən də son vaxtlar dişlərin ağardılmasına tələbat yüksəkdir. Çünki dişlərin saralması təkcə fiziki problem deyil, həm də psixoloji təsir göstərir. Bu, insanların həm sosial, həm də iş həyatında özünə inamını aşağı salır”.

“Dişlərin ağardılmasından əvvəl sağlamlıq müayinəsindən keçmək lazımdır”

Dişlərin ağardılmasının steril mühitdə mütəxəssis diş həkimi tərəfindən edilməsi lazım olduğunu ifadə edən Dt. Fırat Toktamışoğlu, “Dişlərin ağardılması asan bir prosedur sayılır. Lakin xəstələrin dişlərinin sağlamlığına və ağartma prosesinin uyğunluğuna görə nəticələr fərqli ola bilər. Məsələn, ağartma prosesi kariyes və ya diş əti problemi olan insanlara və xroniki xəstəlikləri olan şəxslərə tövsiyə olunmaya bilər. Bu prosedurdan əvvəl diş həkiminə müraciət edilməli və əgər varsa, digər xəstəliklər müəyyən edilməlidir.