Çində dəmir yolu və magistral tunellərin uzunluğu 50 min kilometri keçdi!

Bu gün Çinin Quandun əyalətinin Şençjen şəhərində keçirilən 2024-cü il Dünya Tunel Konfransında Çində dəmir yolu və avtomobil tunellərinin ümumi uzunluğunun 50 min kilometri keçdiyi açıqlanıb. Beləliklə, Çin dünyanın ən çox tunelə malik ölkəsi oldu. Bundan əlavə, metrolar üçün tikilən tunellərin uzunluğu 8 min 543 kilometrə çatıb.

34 ildən sonra yenidən Çində keçirilən konfransda İngiltərə, Almaniya, ABŞ və Kanada kimi Beynəlxalq Tunel və Yeraltı Quruluşlar Assosiasiyasına (İTA) üzv ölkələrdən ekspertlər və müvafiq biznes qurumlarının nümayəndələri qatılıb.