2024 Çin Elmi Fantastika Konvensiyası Pekində Başladı

8-ci Çin Elmi Fantastika Konvensiyası (CSFC) bu gün Pekindəki Shougang Parkında başladı.

3 gün davam edəcək konqres çərçivəsində açılış mərasimi, konfranslar, sektorun inkişafına təkan verən tədbirlər və elmi fantastika filmləri həftəsi olmaqla 4 bölmədə 18 tədbir keçiriləcək.

2024-cü il Çin Elmi Fantastika Sənayesi Hesabatı Çin Elmi Fantastika Araşdırma Mərkəzi və digər qurumlar tərəfindən birgə nəşr edilib.

Hesabatda elmi fantastika sənayesinin Çində sürətlə böyüdüyünə dair qiymətləndirmə də yer alır. Məlumata görə, 2023-cü ildə Çinin elmi fantastika sənayesinin ümumi gəliri 2022-ci illə müqayisədə 29,1 faiz artaraq 113,29 milyard yuana çatıb.