BMW Çindəki fabrikinə 20 milyard yuan sərmayə qoyacaq

Alman avtomobil istehsalçısı BMW Group, Çinin Şenyan şəhərindəki istehsal mərkəzinə daha 20 milyard yuan investisiya edəcəklərini açıqladı.

BMW-nin Direktorlar Şurasının sədri Oliver Zipse bəyan edib ki, bu qərar şirkətin Çin iqtisadiyyatına inamı olduğunu göstərir. Ötən il BMW Şenyandakı fabrikinə 10 milyard yuan sərmayə qoyub. Hazırda BMW-nin Çində 3-dən çox Ar-Ge işçisi var.

Elektrikli avtomobil (EV) istehsalını sürətləndirmək üçün BMW tərəfindən Şenyanda qurulan fabrik 2022-ci ildə istehsala başlayıb. Çindəki üçüncü istehsal müəssisəsi olan Shenyangdakı fabriklə BMW-nin bu ölkədəki illik avtomobil istehsal gücü 700 mindən 830 minə yüksəldi.