Kanadada odun daşıyan qatar yanğında məhv oldu!

Kanadanın Ontario ştatının London şəhərində taxta materialları daşıyan qatarın 5 vaqonu yanıb. Ətrafdakılar vəziyyəti görəndən sonra hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

London yanğınsöndürmə briqadasından verilən açıqlamada hadisə zamanı xəsarət alan olmadığı, yanğının 1 saat 20 dəqiqə ərzində söndürüldüyü, dəmiryol xəttində bir binaya ziyan dəydiyi bildirilib.

Qatara dəyən ziyanın 25 min dollar, binaya dəymiş ziyanın isə təxminən 10 min dollar olduğu bildirilib və yanğının səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.