Plastik çirklənmə ekosistemləri təhdid edir!

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk plastik çirklənmənin üçlü planet böhranını gücləndirərək dünyadakı ekosistemlərə zərər verdiyini açıqlayıb.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Türk, Yer Günü mesajında ​​plastik çirklənmənin üçqat planet böhranını gücləndirərək dünyadakı ekosistemlərə zərər verdiyini və illik istehsalın 2050-ci ilə qədər dörd dəfə artacağının gözlənildiyini bildirib.

Türk, istehsal həcmini məhdudlaşdıracaq, zəhərli plastikləri aradan qaldıracaq və insan haqlarını qoruyacaq plastik müqaviləyə ehtiyac olduğuna diqqət çəkib.