Qəzzada fələstinlilər “Kütləvi məzarlıqda” qohumlarını axtarırlar

Qəzzadakı fələstinlilər xəstəxananın ətrafındakı “kütləvi məzarlıqda” qohumlarını axtarırlar. Qəzza rəsmiləri son üç gündə 300-ə yaxın cəsədin tapıldığını açıqlayıb.

Qəzza Mülki Müdafiəsinin məlumatına görə, İsrail ordusu ayın əvvəlində əsgərlərini şəhərdən çıxardıqdan sonra xəstəxananın yaxınlığında kütləvi məzarlıq aşkarlanıb.

Kütləvi məzarlığı ilk dəfə cümə günü tapdıqlarını açıqlayan mülki müdafiənin məlumatına görə, dünən 73 cəsəd çıxarılıb. Bununla da tapılan cəsədlərin sayı 283-ə çatıb. CNN-in məlumatına görə, Qəzzanın mülki müdafiə rəhbəri Yamen Əbu Süleyman bildirib ki, onların arasında qadınlar və uşaqlar da var.

Rəsmilər bəzilərinin mühasirə zamanı, digərlərinin isə İsrail qüvvələrinin xəstəxanaya basqın etdiyi zaman öldürüldüyünü bildirib.

Mülki müdafiə rəisi Yamen Əbu Süleyman cəsədlərdən bəzilərinin əl-ayaqları bağlı vəziyyətdə tapıldığını bildirib və "Edam əlamətləri var" deyib. Onların diri-diri basdırıldığını, yoxsa edam edildiyini bilmirik. CNN-in məlumatına görə, Süleyman cəsədlərin əksəriyyətinin çürüdüyünü bildirib.

Kütləvi məzarlığın olduğundan şübhələndiyi Nasser xəstəxanasına hələ heç bir beynəlxalq təşkilat baş çəkməyib.

Bununla belə, “Əl-Cəzirə”yə görə, BMT-nin baş katibi Antonio Quterreş sözcüStephane Dujarric tapıntını "son dərəcə narahatedici" adlandırdı və "mötəbər və müstəqil araşdırmaya" çağırdı.