Çin Kosmos Səyahətinin 54-cü ildönümünü qeyd edirik!

Bu gün Çində 9-cu Kosmos Günü qeyd olunur. 54 il əvvəl Çinin öz resursları ilə hazırladığı ilk süni yer peyki Dongfanghong-1 uğurla orbitə buraxıldı. Bununla da Çinin kosmos davasının ilk səhifəsi açılıb.

2007 oktyabr 24-ci ildə Çinin Ayda ilk kəşfiyyat vasitəsi olan Chang'e-1 kosmosa göndərildi. 494 gün orbitində işləyən Chang'e-1 sayəsində Çin Ayın ilk şəklini əldə etdi. 2020 noyabr 24-ci ildə Chang'e-5 orbitə buraxıldı. Bu rover Aydan torpaq nümunələri götürdü və yerə qayıtdı.

Keçən aprelin 12-də “Queqiao-2” ötürmə peyki üçün kosmik orbitdə sınaqlar tamamlandı. Peyk Ayın Kəşfiyyat Layihəsinin dördüncü fazası və digər kəşfiyyat missiyaları üçün rabitə relay xidməti göstərəcək.

Bu il orbitə buraxılacaq Chang'e-6, Ayın qaranlıq tərəfindən torpaq nümunələri toplayacaq. Çanqe-7 və Çanqe-8 də gələcəkdə kosmosa göndəriləcək. Ayın cənub qütbündə suyun olub-olmaması araşdırılacaq. Çinli astronavtların 2030-cu ildə Aya ayaq basacağı və beynəlxalq elmi tədqiqat stansiyasının yaradılacağı gözlənilir.