İrem Dericinin səhnə geyimi ilə diqqət çəkdiyi konsert

Pop musiqisinin məşhur adlarından olan İrem Derici il boyu səhnədən səhnəyə qaçaraq konsert rekordları qırmağa davam edir. Təkcə musiqi karyerası ilə deyil, özəl və eşq həyatı ilə də adından söz etdirən müğənni son zamanlar səhnə geyimi ilə gündəmə gəlib.

2024-cü ildə işıq üzü görəcək yeni mahnılarının səsyazmalarını tamamlayan İrem Derici həftəsonu verdiyi konsertdə Beyonsun 2013-cü ildə Filadelfiyada geyindiyi unudulmaz kostyuma istinad edib. Beyonsun həmin vaxt konsertində geyindiyi mirvari detallı Timothy White kombinezonunda valehedici göründüyü xatırlanır.

İrem Derici bu unudulmaz görünüşü, mirvarilərlə bəzədilmiş kombinezonu mükəmməl bədən quruluşu ilə birləşdirərək pərəstişkarlarını valeh edib. Səhnədəki enerjisi və zərifliyi ilə gecəyə damğasını vuran İrem Derici geyimi ilə konsertin ən çox danışılan adlarından biri olub.